Bu da dünyanın ən güclü qadınları SİYAHI

05 Dekabr, 2018 11:55 | Həyat Tərzi | Baxış sayı: 91
Qadınlar
Qadınlar

Onların arasında siyasətçi də, müğənni də var

"Forbes" daha bir ənənəvi siyahısını tərtib edib. Bu dəfə jurnal dünyanın ən nüfuzlu qadınlarını seçib. Siyahıda yox yoxdur - siyasətçi, müğənni, aktrisa və s. Ümumilikdə isə burada 100 qadının adı qeyd edilib. 

Siyahıya başçılığı Almaniya kansleri Angela merkel edir. O, siyasi arenadakı fəaliyyəti ilə bütün həmcinslərini qabaqlaya bilib.

İl ərzində ikinci yerin də sahibi dəyişməyib. Bu Böyük Britaniyanın baş naziri Teresa Meydir. İlk üçlüyü valyuta fondunun direktoru Kristin Laqard qapayır. Ötən il onun yerində "Microsoft" qurucusu Bill Qeytsin arvadı Melinda qərarlaşmışdı. İndi isə o 6-cı yerlə kifayətlənməli olub. 

Dördüncü pillədə "General Motors"un icracı direktoru Merri Barra, beşinci də "Fidelity Investments"in rəhbəri  Ebiqeyl Consondur. 

Ümililikdə isə ən nüfuzlu qadınlar siyahısında aparıcı Opra Uinfri, Beyons, Teylor Svift, kraliça II Yelizavetta, İvanka Tramp və s qadınlar yer alıb.

Merkel
Merkel
Opra
Opra
Beyons
Beyons