"Sülh" üçün rekord qiymət

05 Dekabr, 2017 09:05 | Həyat Tərzi | Baxış sayı: 212
Dollar
Dollar

Tərəflər 6,5 milyon dollara razılaşdı

Dünyanın ən böyük almazlarından biri satılıb. İstiPress-in məlumatına görə, Afrikada, Sierra Leondan tapılan almazın çəkisi 709 karatdır. Almaz Nyu-Yorkda hərraca çıxarılıb.

"Sülh almazı" adlandırılan bu qiymətli daşın yeni sahibi "Graff Diamonds" adlı zərgərlik şirkəti olub. Şirkət sahibi almaz üçün 6,5 milyon dollar pul ödəyib.

Bu pulun yarısı almazın tapıldığı Afrika kəndi - Koryardunun bərpasına sərf ediləcək. Əsas məqsəd kəndə təmiz su və elektrik gətirilməsidir. Bundan başqa yeni məktəbin də inşaası nəzərdə tutulub. 

Xatırladaq ki, Sierra Leon hökuməti daha öncəki hərracda 7,8 milyon dollarlıq təklifi az hesab edərək rədd etmişdi. 

"Sülh almazı" dünyada tapılan 14-cü böyük bahalı daş hesab edilir. Almaz mart ayında xristian bir din xadimi olan Emmanuel Momoh tərəfindən tapılaraq hökumətə bağışlanmışdı. 

"Sülh almazı"
"Sülh almazı"