Keçmiş prezident dama çıxdı, özünü atmaq istədi VİDEO, YENİLƏNİB

05 Dekabr, 2017 12:35 | Həyat Tərzi | Baxış sayı: 349
Saakaşvili tutuldu
Saakaşvili tutuldu

Saakaşvilinin evinə xüsusi xidmət basqın edib, eks qubernator saxlanıldı

Kiyevdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılıb. İstiPress-in məlumatına görə, "Yeni qüvvələr hərakatı" partiyasının liderinin saxlanması barədə məlumat təsdiqlənib. 

Onun evindəki axtarış da artıq başa çatıb. Axtarışı Baş prokurorluq əməkdaşları məhkəmə qərarına əsasən aparıblar. Onları Ukrayna Təhlükəsizlik Xidməti işçiləri də müşayiət edib. 

Saat 12:12

Ukraynada Odessanın keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin qaldığı evə xüsusi xidmət orqanlarının əməkdaşları basqın edib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Ukrayna baş prokurorunun keçmiş birinci müavini David Sakvarelidze özünün Facebook səhifəsində məlumat yayıb. 

Saakaşvili mənzilinə basqın edən hüquq-mühafizə orqanları əməkdaşlarından xilas olmaq üçün binanın damına çıxıb. Ona toxunalacağı təqdirdə özünü damdan atacağı ilə hədələyib.

Son məlumata görə, Gürcüstanın keçmiş prezidenti saxlanılıb. Bu barədə onun tərəfdarları məlumat yayaıblar. "Onu damdaca tutublar. İndi harada olduğundan xəbərsizik". 

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları qapını sındıraraq içəri daxil olublar və axtarış aparıblar. Məlumata görə, axtarış  etiraz aksiyalarının maliyyə mənbələrinin müəyyən edilməsi ilə bağlı olub. 

Saakaşvili damda
Saakaşvili damda