"Facebook" loqosunu dəyişdi

05 Noyabr, 2019 14:03 | Həyat Tərzi | Baxış sayı: 67
FACEBOOK
FACEBOOK

Yeni loqo rənglərin keçidindən ibarətdir

“Facebook” şirkəti loqotipini dəyişib, Bu yolla o eyni adlı digər sosial şəbəkə xidmətlərindən fərqlənmэk niyyətindədir. Yeni loqoda şirkətin adı rəngli böyük hərflərdən ibarətdir. Rənglər "Messenger", "Instagram" və "WhatsApp"ın rəsmi rənglri arasında keçid edir. 

"Facebook"un yeni loqosu istifadəçilər arasında birmənalı qarşılanmayıb. Onu bəyənənlərlə yanaşı, mənfi qarşılaayanlar da çox olub. 

“Facebook” şirkətinin başlıca xidmətləri sırasında “Facebook” əlavəsi ilə yanaşı, “Messenger”, “İnstagram”, “WhatsApp”, “Oculus”, “Workplace”, “Portal”, “Calibra” əlavələri sadalanır. 

Xatırladaq ki, qərargahı Kaliforniyada yerləşən “Facebook” şirkəti və sosial şəbəkəsi 2004-cü il fevralın 4-də gənc iş adamı Mark Zukerberq tərəfindən təsis edilib.