Bu da "Yer gözəli" FOTOLAR

05 Noyabr, 2018 10:18 | Həyat Tərzi | Baxış sayı: 110
"Yer gözəli"
"Yer gözəli"

Müsabiqənin qalibi adına 23 yaşlı tələbə layiq görülüb

"Yer üzünün ən gözəli- 2018" müsabiqəsinin qalibi bəlli oldu. Bu il dünyanın ən gözəl qızı adına vyetnamlı tələbə layiq görülüb. İstiPress-in məlumatına görə, 23 yaşlı Fıonq Khan Nquen tacın sahibi olub. 

Marketinq üzrə təhsil alan gənc qız ingilis və vyetnam dillərində sərbəst danışır. Bu müsabiqənin tarixində Vyetnamın ilk qələbəsi olub.

Yarış Fillipinin paytaxtı Manilada baş tutub və 87 gözəl qalib adı uğrunda mübarizə aparıb. Livan təmsilçisi isə israilli gözəllə şəkil çəkdirdiyi üçün müsabiqədən çıxarılmışdı.

"Yer gözəli" gözəllik müsabiqələri arasında ən yenisidir. Bu yarışın əsas fərqi ondan ibarətdir ki, iştirakçılar özlərinin ekoloji layihələrini təqdim edirlər. Bu ilki qalib də bir neçə Cənub Şərqi Asiya ölkəsindən keçən ən böyük çaylardan birinin ekoloji problemləri haqqında layihə müəllifi olub.