Varlılar xərçəngdən, kasıblar ürəkdən ölür

05 Sentyabr, 2019 11:01 | Həyat Tərzi | Baxış sayı: 99
Ürək xəstəlikləri
Ürək xəstəlikləri

Varlı ölkələrdə insan ölümlərinin əsas səbəbi açıqlandı

Bu gün dünyada ən çox insan ölümünə səbəb olan ürək-damar xəstəlikləridir. Lakin gəlir səviyyəsi yüksək olan inkişaf etmiş ölkələrdə ölümün əsas səbəbi xərçəngdir. Bu xəstəlik iki dəfə çox insanın həyatına son qoyur. 

Bu genişmiqyaslı araşdırmanın nəticəsi Avropa Kardioloqlar İcmasının illik toplantısı əsasında hazırlanan jurnalda elan edilib. 

Onlar 2005-2006-cı illər ərzində 21 ölkədə yaşı 35-70 arasında olan  onminlərlə insanın hospitalizasiyası və ölümü haqqında məlumatları tədqiq ediblər. Alimlər bundan sonra belə qənaətə gəliblər ki, orta və aşağı gəlirli ölkələrdə  ürək-damar xəstəlikləri daha çox ölümə səbəb olur. Ölüm hallarının 40 faizi bu xəstəliyin payına düşür.  

Gəlir artdıqda isə ürək xəstəlikləri riski 20 faizə kimi azalır. Varlı ölkələrdə bu problemdən ölüm səviyyəsi 20, xərçəngdən isə 50 faizə çatır. 

Kardioloqların hesablamalarına görə, 2017-ci ildə dünyada 55 milyon insna ölüb. Onlardan 17,7 milyonu ürək xstəliklərindən, 4,6 milyonu isə xərçəngin müxtəlif növlərindən dünyalarını dəyişiblər.