Ən xoşbəxt insanların yaşadığı yer

05 Sentyabr, 2017 10:38 | Həyat Tərzi | Baxış sayı: 124
Norveç
Norveç

Siyahıda 122 ölkənin adı var

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı yer müəyyən edilib. İstiPress-in məlumatına görə, Britaniyanın "The Spectator" jurnalı apardığı araşdırmalardan sonra bunu müəyyənləşdirə bilib. 

Belə ki, ən yaxşı yaşayan insanlar Norveçdədir. İlk üçlükdə onun qonşuları Danimarka və İslandiya var.

İnsanların xoşbəxtliyinə görə, ABŞ 14-cü, şimal qonşumuz Rusiya isə 49-cu mövqedədir. Türkiyə ondan 20 pillə aşağıda qərarlaşıb.  Siyahının son pilləsində Hindistan yerləşir. 

Qeyd edək ki, tədqiqatlar dünyanın 122 ölkəsində aparılıb.