Dünyanın ən gözəl ölkəsi

05 Sentyabr, 2017 09:00 | Həyat Tərzi | Baxış sayı: 195
Şotlandiya
Şotlandiya

Göllər, qəsrlər, vəhşi çimərliklər insanları heyran edir

Şotlandiya dünyanın ən gözəl ölkəsi elan edilib. İstiPress-in məlumatına görə, bu nəticəyə səyahətçilərin ən çox istifadə etdiyi bələdçilik saytı "Rough Guide"nin yaradıcıları gəliblər.

Bunu müəyyən etmək üçün internet istifadəçiləri arasında sorğu keçiirlib. Rəyi soruşulanlar xüsusi ilə vəhşi çimərliklər, göl və qalalara heyran olduqlarını qeyd ediblər.

"Sevindirici haldır ki, Şotlandiya istifadəçilərdən belə yaxşı rəylər alıb. Amma bu xəbər Şotlandiyada bircə dəfə də olsun olanlar üçün sürpriz olmadı", deyə ölkədəki turizm agetentliyi rəhbərilərindən biri bildirib. 

Siyahının ikinci pilləsində Kanada qərarlaşıb. İlk üçlüyü isə Yeni Zellandiya qapayır. Sonrakı yerlərdə isə İtaliya, Cənubi Afrika, İndoneziya, İngiltərə, İslandiya, ABŞ və Uels qərarlaşıb. 

"Rough Guide" bələdçisi 1982-ci ildən buraxılır. Hazırda o 200 dünya üzrə istiqaməti əhatə edir.