Müharibələrdən xəbərsiz cənnət FOTOLAR

05 Avqust, 2017 12:20 | Həyat Tərzi | Baxış sayı: 373
Vahan dəhlizində yaşayanlar
Vahan dəhlizində yaşayanlar

Sivilizasiyadan uzaq dəhliz

Savaşların hər yeri bürüdüyü dünyada hələ də bu bəladan xəbərsiz olan insanlar yaşayır. Harada? Vahan dəhlizində.

İstiPress-in məlumatına görə, bu vadi Hindquş dağları ilə əhatələnib, bir zamanlar İpək Yolunun ən əsas məntəqələrindən biri hesab edilirdi. İndi bura sivilizisayinın yeniliklərinin çatmadığı tayfaların yaşadığı ərazidir.  

Fransız fotoqraf Erik Lafforgue bu tayfaların yanına gedib və onların gündəlik həyatları ilə yerindəcə tanış olub. Bura heç bir mədəniyyət çatmadığı kimi, savaşların da təsir dairəsindən uzaqdır. 240 km unzunluğunda olan vadidə ilkin məlumata görə, 12 min insan yaşayır. 

Pamir dağlarının Əfqanıstandakı hissəsinə Vahan bölgəsi deyilir. Dəhliz Əfqanıstanın şimal qərbində, Tacikistan, Pakistan, Çinlə qonşudur. Bölgədə iki icma var  - Vahilər və qırğızlar. 

Vahilər  heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Ailələr daşdan olan şəraitsiz evlərdə yaşayırlar. Evlər odun sobası ilə qızır, lampa ilə işıqlandırlır. 

Tayfanın qadınları Əfqanıstan və pakistanda yaşayan həmcinslərindən fərqli olaraq daha rahatdırlar. Onlar əl-əlvan geyimlərdə gəzir və üzlərini tam qapadan geyimlərdən demk olar ki, istifadə etmirlər.