Makaron yeyə-yeyə arıqlamaq olar?

05 Aprel, 2018 11:05 | Həyat Tərzi | Baxış sayı: 121
Makaron
Makaron

Kanadalı alimlərdən gözlənilməz kəşf

Uzun müddətdir kökəlməyin əsas səbəbi kimi bilinən makaron sən demə bizim əsl dostumuzdur. İstiPress-in məlumatına görə, bu məhsul nəinki çəki artırmır, hətta arıqlamağa kömək edir. Kanadalı mütəxəssislər belə nəticəyə gəliblər. 

Onlar 30-dan artıq araşdırmanın analizini aparıblar. Bu araşdırmalarda isə makarondan karbohidrat qəbul edən minlərlə insan iştirak edib.  Sınağa qatılanlar gündə üç dəfə bu un məmulatı ilə qidalanıblar. Orta porsiya standarat ölçülü fincanın yarısından olub. Üç aylıq eksprementdən sonra orta hesabla onların çəkisində 500 qrama yaxınazalma olub. 

Tibb işçilərinin sözlərinə görə, makaron məhsulları pəhriz ilə balanslaşdırılan zaman piy qatının yaranmasına mane olur, çəki itirməsinə kömək edir.  Bunun səbəbi isə onun qlikogen (qaraciyər və əzələlərdəki qanda şəkərdən əmələ gələn nişasta) indeksinin aşağı olmasıdır. 

"Aparılan işlər göstərdi ki, makaron yeyərək də arıqlamaq olar. Bunun üçün o bundan sonra sağlam qidalanma rasionuna, pəhriz yeməkləri sırasına salına bilər".