Antibiotik yerinə bunu yeyin

05 Fevral, 2019 13:45 | Həyat Tərzi | Baxış sayı: 269
Propolis
Propolis

Xərçəngin ən böyük düşməni

Arının bütün məhsulları min bir dərdin dərmanıdır. Onların arasında, bal, arı südü, propolisin adı daha çox çəkilir. Propolis hətta ən güclü antibiotikləri belə əvəz etmək əzmindədir. Ən əsası bu məhsul xərçəng hüceyrələrinin böyüyərək artmasının qarşısını alır.

Türkiyəli professor Sevgi Kolaylının sözlərinə görə, arıların öz yuvalarını hər cür təhlükədən, xəstəlikdən soyuq və istinin mənfi təsirlərindən qorumaq üçün təbiətdən topladıqları və propolis adlandırılan bu qarışım olduqca zəngin tərkibə malikdir. O, ən yaxşı antibiotikdən belə güclüdür. 

"Ola bilsin 15-20 ildən sonra antibiotik istifadəsi tamamilə dayandırılsın. Propolis onun ən yaxşı təbii əvəzləyicisidir". Onun əks təsirləri də yox dərəcəsindədir. 

Xüsusi ilə qış aylarında yayaılan qripə qarşı propolis, bal və zencəfildən istifadə məsləhət görülür. Bu əsl şəfa qaynağıdır. Bu məhsuldan əldə edilən şərbətin içərisinə bir neçə damla limon suyu da əlavə etmək olar.