Gözəllik yarışının finalına qalan qız kişi çıxdı

05 Fevral, 2018 14:15 | Həyat Tərzi | Baxış sayı: 390
İlay Dagılev
İlay Dagılev

22 yaşlı gənc 4 min qızın içindən seçilib

Qazaxıstanda qəribə hadisə baş verib. İstiPress-in məlumatına görə, qadınlar arasında keçirilən gözəllik yarışmasında finala kişi çıxıb. 

Daha doğrusu 22 yaşlı İlay Dagilev "Miss Virtual Kazakhstan" yarışması üçün Arina Əliyeva adı ilə müraciət edib. O, bütün mərhələlərdən keçərək finala kimi yüksəlib. Lakin son mərhələdə Arina kişi olduğunu etiraf edib. Müsiflər heyəti tərəfindən müsabiqədən kənarlaşdırlan şəxsin yerinə başqası keçib. 

Onun sözləri ilə dostları ilə gözəllik yarışması barədə mərc edib. Bundan sonra müsabiqəyə qatılmağa qərar verib. "Mən heç kimi aldatmaq istəmirəm. Sadəcə göstərmək istədim ki, standartlardan kənara çıxmaq, fərdi olmaq lazımdır. 4000 nəfər arasında seçilərək finala çıxdım. Hər zaman təbii gözəllikdən yana olmuşam. Bu gün bir çox qızın eyni cür geyinib, makiyaj etdiyini görürük. Onlar dəbi izləyərək gözəl olduqlarını zənn edirlər. Amma mən elə düşünmürəm".