Şəki dünyanın görməli yerləri siyahısına düşdü

05 Yanvar, 2018 10:03 | Həyat Tərzi | Baxış sayı: 213
Şəki
Şəki

Bu il səyahət edilməli olan 18 turizm marşrutu seçilib

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki dünyanın görməli məkanları sırasında yer alıb. Qədim şəhər 18 görməli məkanın arasına adını yazdırıb.

Siyahını məşhur "Make time to see the world" səyahət bloqu hazırlayıb. Burada az tanınan, lakin 2018-ci ildə səyahət edilməli olan 18 turizm istiqaməti seçilib. 

Burada Şəkinin İpək Yolu üzərində yerləşməsindən, Xan Sarayının gözəlliyi və tikilişindən, eləcə də Şəkinin füsunkar təbiətindən bəhs olunur.

Bloqun tərtib etdiyi siyahıda Vanuatu arxipelaqı, Ortica Siciliya (İtaliya), Siros (Yunanıstan), Olomuts (Çexiya), Skopye (Makedoniya), Urumçi (Çin), Qucarat (Hindistan) kimi turizm istiqamətləri də yer alıb.