Təyyarə ilə keçmişə qayıtmaq mümkün oldu

05 Yanvar, 2017 17:42 | Həyat Tərzi | Baxış sayı: 73
Təyyarə
Təyyarə

Bildiyiniz kimi dünyanın kürə formasında olmağı başda olmaq üzrə bir çox coğrafi səbəblərdən ötəri saat fərqləri və hətta gün fərqləri ortaya çıxa bilir. Aralarında 16 saat fərq olan Çin ilə Amerika arasında 1 yanvarda edilən bir uçuş isə ağıllarda sual yaratdı.

"İstiPress" "Bestchinanews.com" Çinin Şanxay şəhərindən ABŞ - ın San Fransiskoya gedən United Airlines-ın UA890 səfərli uçuşu  saat fərqindən ötəri 2017 - ci ildə başlayan uçuşu 2016 - cı ildə tamamladı.

Təyyarənin uçuş vaxtı
Təyyarənin uçuş vaxtı

Qəribə gələ biləcək hadisədə Çin-in yerli saatı ilə 1 Yanvar 2017-ci il 00:15-də Şanxaydan qalxan təyyarə, 11 saat 30 dəqiqəlik uçuş ilə ABŞ-da San Fransiskoya çataraq, 16 saat geridə olan ABŞ yerli saatına görə 31 dekabr 2016-cı il 19:20-də eniş etmiş oldu. Beləcə texniki olaraq zamanda geriyə gedən uçuş komandası və sərnişinlər eyni zamanda 16 saat fərqi ilə 2 Yeni il keçirmək fürsəti də əldə etdilər.