Dietik içkilər kökəlməyə səbəb olur

05 Yanvar, 2017 21:14 | Həyat Tərzi | Baxış sayı: 24
Dietik içkilər kökəlmə yaradır
Dietik içkilər kökəlmə yaradır

Dietik içkilərin artıq çəki və 2-ci tip şəkərli diabet yaratdığı müəyyən edilib

Londonun İmperial Kollecinin tədqiqatçıları arıqlamaq üçün istifadə edilən aşağı kalorili içkilərin sağlam bir vasitə olmadığını sübuta yetiriblər.

İstiPress-in bbc.com saytına istinadən verdiyi xəbərə görə, alimlər az kalorili dadlandırıcıların artıq çəkiyə səbəb olmasını və 2-ci tip diabet xəstəliyinə yol açdığını aşkar ediblər.

Araşdırmanın nəticələri Amerikanın “İctimai Səhiyyə” jurnalında çap olunub. Səkkiz il ərzində aparılan tədqiqat zamanı normal çəkili insanların 11 faizi, artıq çəkili insanların 19 faizi, şişmanların isə 22 faizi dietik içkilər qəbul edib. Araşdırmada əksəriyyəti gənclər olan 3700 nəfər iştirak edib və aşağı kalorili içkilərin çəkinin artmasına səbəb olması ortaya çıxarıb.