Xərçəngin 3 səbəbi

04 Dekabr, 2019 12:36 | Həyat Tərzi | Baxış sayı: 230
Xəstə qadın
Xəstə qadın

Alman alimlər xəstəlik riskini 50 faiz artıran faktları açıqladılar

Hər il yüzminlərlə insanın ölümünə səbəb olan, əsrin ən ölümcül xəstəliklərindən biri olan xərçəngin inkişaf etməsinin əsas 3 səbəbi var. Bunu alman alimlər deyirlər. Bədxassəli şişlərin inkişafına kömək edən amillər - siqaret, artıq çəki və spirtli içkidən müntəzəm istifadədir. 

Tədqiqatçılar qeyd edirlər ki, sağlam həyat tərzi keçirməklə xərçəngin yaranma riskini 30-50 faizə kimi azaltmaq mümkündür. Belə çıxır ki, insanın sağlam qalmasının açarı elə özünün əlindədir. Bunun üçün sadəcə mənfi təsir edən faktorları nəzərə almaq lazımdır. 

Alimlər düşünürlər ki, ancaq siqaret onkoloji xəstəliklərin 10 növü ilə birbaşa bağlıdır. Xüsusi ilə boğaz, qırtlaq, qida borusu, böyrək, həzm sistemi xərçəngi ilə. 

Piylənmə və artıq çəki  daima orqanizmdə şəkərin səviyyəsinin yüksəlməsinə yol açır. Bu isə homon balansının və təzyiqin pozulması ilə bitir. 

Spirtli içkilərdən müntəzəm istifadə isə süd vəzi, qida sistemi, ağciyər, qalın bağırsaq şişlərinin yaranmasını sürətləndirir. Ekspertlər düşünürlər ki, hər gün içki içmək xəstəlik riskini 29 faizə kimi qaldırır.