Bu kəndə köçənlərə pul veriləcək

04 Dekabr, 2017 13:45 | Həyat Tərzi | Baxış sayı: 574
İsveçrə
İsveçrə

Əhalisi azalan kənd rəhbərindən maraqlı təklif

İsveçrə kəndlərindən birində yaşamağa adam axtarır. Alp dağlarının ətəyində yerləşən bu kəndə köçənlərə pul da veriləcək. İstiPress-in məlumatına görə, də Albinen kəndinə pulla sakinlər cəlb etməyə qərar verilib. Kəndə köçəcək hər kəsə 25 min frank vermək təklif edilir. 

Bu təşəbbüsün müəllifi mer Beat Yostdur. Bu yolla o demoqrafik vəziyyəti düzəltmək istəyir. Təşəbbüs ilk olaraq avqust ayında səslənib. O, vaxtı bura köçəcək hər ailəyə 50, uşaqlara isə 10 min frank vermək təklif olunurdu. Kəndin əhalisinin yarıdan çoxu bu təşəbbüsü dəstəklədiyi üçün təklif yenidən ümumi toplanışa çıxarılıb. 

Hazırda bu kənddə 243 adam yaşayır. XX əsrin əvəllərində isə bu say 400 nəfər idi. Məktəb yaşlı uşaqların sayı cəmi 7-dir, orta yaş isə 58-dir. Son 17 ildə kənddə demək olar ki, bir ev belə tikilməyib. 

Qeyd edək ki, bu kənd İsveçrənin ən məşhur qış turizm və termal mərkəzi olan Lakerbada, Lozanna, Cenevrə, Bern avtomagistralının bir addımlığında yerləşir. Kəndin yolları ideladır, burada yaşayış üçün bütün şərait var. Lakin şəhərlərlə rəqabətdə belə şəraitli kənd belə geri qalır. 

Bu təklifdən sonr meriyaya dünyanın bütün ölkələrindən minlərlə müraciət daxil olub. Düzdür əgər müraciətdə köçmək istəyənlərin İsveçrə vətəndaşı olması, 200 min frank sərmayə qoymalı gərəkdiyi barədə bəndləri əvvəlcədən yazsaydılar çətin ki, bu qədər adam kənddə yaşamağa cəhd edərdi. əşəbbüs avqust ayında da səslənib. O, vaxtı bura köçəcək hər ailəyə 50, uşaqlara isə 10 min frank vermək təklif olunurdu. Kəndin əhalisinin yarıdan çoxu bu təşəbbüsü dəstəklədiyi üçün təklif yenidən ümumi toplanışa çıxarılıb.