Prezident Basqala görə bir ay vaxt verdi

04 Oktyabr, 2018 09:34 | Həyat Tərzi | Baxış sayı: 124
Prezident sənəd imzaladı
Prezident sənəd imzaladı

Dövlət Tarix-Mədəniyyət Qoruğunun bərpası, vəziyyəti barədə sənədlər hazırlanmalıdır

Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam imzalayıb.

1989-cu ildə yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilib. Bununla belə, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranıb. 

Prezident Dövlət Turizm Agentliyi bir ay müddətində  “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb ona təqdim etməyi tapşırıb. 

Bundna başqa “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələri, qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflər prezidentə təqdim ediləcək.