10 il bu məhsulları yeyən gənc kor və kar oldu

04 Sentyabr, 2019 14:36 | Həyat Tərzi | Baxış sayı: 173
Kartof
Kartof

Problemlər yeniyetmə 14 yaşında olarkən başlayıb

İngiltərədə 10 il kimi uzun müddətdə qida rasionunun böyük hissəsini fast-fud təşkil edən yeniyetmə sağlamlığını itirib. 17 yaşlı gənc həm görmə, həm də eşitmə qabiliyyətindən məhrum olub. 

Adı açıqlmayan gəncdə halsızlıq hələ 14 yaşında olarkən başlayıb. "Yorğunluq" şikayəti ilə həkimə gedən yeniyetmənin ilkin yoxlanışı zamanı heç bir xəstəlik müəyyən edilməyib. Lakin həkimlər ondan nə ilə qidalandığını soruşduqda əsl şok yaşayıblar. Belə ki, yeniyetmə gün ərzində qızarmış kartof, cips, ağ çörək və işlənmiş ətlə qidalandığını bildirib. Qan analizindən sonra onun orqanizmində vitamin, xüsusi ilə B12 əksikliyi çıxıb. Bu da öz növbəsində sinir xəstəliyinə yol açıb.

15 yaşından başlayaraq eşitməsi zəifləyib, bundan qısa müddət sonra gözlərində problem yaşanıb. İki il ərzində isə o bu qabiliyyətlərini tamamilə itirib.

"The Daily Telegraph"a açıqlama verən həkimlər onun sümüklərinin də zəiflədiyini deyiblər. Buna isı D vitamini çatışmazlığı, eləcə də kifayət qədər balıq, süd məhsulları, yumurta kimi faydalı qida yeməməsi səbəb olub.

Cips
Cips
Sosis
Sosis