Rusiyada Ramazan bayramı başlayır VİDEO

04 İyun, 2019 08:55 | Həyat Tərzi | Baxış sayı: 120
Moskvada bayram namazı
Moskvada bayram namazı

Bayram namazı üçün yüz minlərlə insanın məscidlərə gələcəyi gözlənilir

Bu gün Rusiyada Ramazan bayramı qeyd edilir. Səhər saatlarında paytaxt Moskva ilə yanaşı, bir çox bölgələrdə bayram namazı qılınmağa başlayıb. 

Məlumata görə, bayram namazı üçün məscidlərə 200 mindən artıq müsəlmanın gələcəyi gözlənilir. 

Xatırladaq ki, Rusiyanın İslam dininə sitayiş edən bəzi bölgələrində - Dağıstan, Çeçenistan, Tatarıstan, İnquşetiya, Adıgey, Başqırdıstan, Qaraçay-Çərkəzdə bu gün qeyri-iş günüdür.  Son hesablamalara görə, Rusiyada yaşayan müsəlmanların sayı 20 milyondan çoxdur.