Beyons azərbaycanlını seçdi FOTO

04 İyun, 2019 11:22 | Həyat Tərzi | Baxış sayı: 190
Beyons
Beyons

Modelyer Rüfət İsmayıl yenə fərqlənməyi bacardı

Dünya şöhrətli müğənni Beyons Azərbaycandan olan dizayneri seçib. Azərbaycanlı dizayner-modelyer  Rüfət İsmayıl dünya şöhrətli müğənni Beyonse üçün ayaqqabı dizayn edib. Bu barədə onun "İnstagram" səhifəsində məlumat yerləşdirilib.

Müğənni ailəsi ilə birlikdə ənənəvi "Wearable Art Gala"da iştirak edib. Buz aamn onun əynində qızılı rəngli geyim olub. Obrazını isə qızılı ayaqqabılarla tamamlayıb. Məhz bu ayaqqabılar R.İsmayılın “Power of fire” kolleksiyasından olub. 

Xatırladaq ki, bundan öncə də Beyons Rüfət İsmayılın 2019-cu ilin yaz-yay kolleksiyasından olan idman kostyumunda görüntülənmişdi. 

Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb. İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.