Seksual model müqəddəs məkanda çılpaq şəkil çəkdirdi - FOTO

04 May, 2017 09:43 | Həyat Tərzi | Baxış sayı: 591
Caylen Kuk - Playboy modeli
Caylen Kuk - Playboy modeli

Modelin bu hərəkəti böyük etirazlara səbəb olub

Yeni Zelandiyada Playboy modeli Caylen Kukun müqəddəs məkanda çəkdirdiyi şəkil etirazlara səbəb olub.

İstiPress-in məlumatına görə, model müqəddəs hesab edilən Taranaki dağında çılpaq şəkil çəkdirərək İnstagram səhifəsində paylaşıb.

Seksual modelin bu hərəkəti Maori xalqının etirazlarına səbəb olub. Onlar hesab edirlər ki, C.Kuk müqəddəs dağa böyük hörmətsizlik edib.

“Bəzi insanlar “bunda nə var?” deyirlər. Ancaq, bu hörmətsizlikdir. Bu, Vatikana gedib, Petrus Bazilikasinin zirvəsində çılpaq poza verməyə bənzəyir”, - deyə Maori nümayəndəsi Denis Nqauare bildirib.

25 yaşlı Caylen Kuk da açıqlama verib. “Çılpaq olmaq təhqir deyil. Təbii və saf bir şeydir”, - model bildirib.

Taranaki Dağı
Taranaki Dağı