30 yaşlı bütün qadınlarda bunlar olmalıdır - FOTO

04 May, 2017 14:52 | Həyat Tərzi | Baxış sayı: 366
Qadın qarderobu
Qadın qarderobu

Ən gözəl yaşın dadını çıxarmağa çalışın

Hər yaşın özünəməxsus geyim tərzi var. Geyim sizi getdiyiniz yerin həm ən hörmətlisi, həm də ən zövqsüzü edə bilər.

Xüsusi ilə 30 yaş ərəfəsində və bu yaşlarda geyimə daha çox diqqət etmək lazımdır. Çünki gənclik illərində geyindiyimiz geyimlər bu yaşa uyğun deyil. Bir ehtiyatsız addım isə sizi olduğunuzdan daha yaşlı göstərə bilər.

Bunun üçün də 30 yaşlarda olanlar "yaşlandım" deyə ağlamaqdansa, ən gözəl yaşın dadını çıxarmağa çalışın. Unutmayın siz yaşlanmırsınız, müdrikləşirsiniz. Sizə idman üslubunda geyinməyin deyən yoxdur, sadəcə o ayaqqabını adi mayka yerinə, pencəklə geyinməyi sınayın.

İstiPress 30 yaşın astanasında və ya bu yaşlarda olan qadınların qardirobunda olması gərəkən 15 geyim növünü təqdim edir. 

1.Bədənə oturan cins 

Bədəninə güvənən hər bir qadının qardirobunda mütləq belə geyim olmalıdır. Bu həm idman stili, həm də klassik ola bilər.

2. Hündür bel şalvar

Bu şalvar həm ayaqlarınızı vizual olaraq uzadacaq, həm də ətraf hissələrdə olan artıqlığı uğurla örtəcək.

3. Babet 

Gənclikdə geyindiyiniz parlaq, bəzəkli babaetləri daha sakit rəngli və modernləri ilə əvəz edin. Klassik yuvarlaq burunlular yerinə minimal modellərə üstünlük verin. 

4.Nazik ipli bluz

Həm suksual, həm də özündən əmin. Həm idman, həm də klassik üslubdakı geyimlərlə kombiləmək olur.

5.Qələm ətək

Hər bir qadının qarderobunda mütləq olmalıdır. Əgər 30-lu yaşlardasınızsa bir neçəsini ala bilərsiz. Xüsusi ilə dəridən olanlar. 

6.Kürək dekoltesi

Artıq dekoltelərinizi daha diqqətlə seçməlisiniz. Hər getdiyiniz yerdə bol dekolte yerinə az kürək dekoltesi sizi daha cəzibədar göstərəcək.

7. Klassik qara bleyzr pencək

Asanlıqla kombin edərək yaşınızdan daha gənc görünə bilərsiz. 

8. Şık bir çanta

Artıq aksesuarlarınızda parlaqlıq, kiçik ölçülər yerinə daha qabaritli və yumşaq tonlarda olan seçimlər edə bilərsiz.

9. Aşırmalı don

Zərif aşırmalı donlar istənilən şəraitdə geyinməyə uyğundur. Həm ofisə, həm gəzintiyə, həm də ziyafətə. 

10. Dəri ətək 

30 yaşlarında bir qadın üçün xilasedici geyim növüdür.

11. Qara don 

Hər qadının seçimi olan mini qara donlardan nə qədər çox olsa yaxşıdır. Həyat qurtarır!

12. Ağ köynək 

13.Qara stiletto

14. Bantlı ayaqqabı

15. Ofis libası