Bu da Azərbaycanın ən gözəl qızı FOTO

04 Aprel, 2019 09:14 | Həyat Tərzi | Baxış sayı: 282
Melisa Nuriyeva
Melisa Nuriyeva

Melisa 13 həmcinsinin arasından seçilib

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva "Azərbaycan gözəli 2019" milli gözəllik müsabiqəsinin qalibi olub.  Müsabiqənin final mərhələsində 13 xanım mübarizə aparıb. Lakin ölkənin tanınmış şəxsləri - modellər, dizaynerlər, aktyorlardan ibarət münsiflər heyəti məhz Melisanı qalib seçib.

Hazırda dövlət müəssisəsində iqtisadçı işləyən xanım eyni zamanda model biznesi və aktyorluqla məşğul olur. Buna qədər xaricdə bir çox beynəlxalq gözəllik müsabiqələrində iştirak edib, amma onları heç yerdə açıb-ağartmayıb.

"Mən ixtisasca iqtisadçıyam və hazırda öz ixtisasım üzrə işləyirəm. Eyni zamanda dəvət olanda, aktrisa və model kimi fəaliyyət göstərirəm. Bir çox məşhur ifaçıların kliplərində çəkilirəm. Təəssüf ki, Azərbaycanda modellərə çox az pul verirlər və ona görə də, təkliflərə nadir hallarda razılıq verirəm".

Melisanın yarışın qalibi seçilməsinə münasibət birmənalı olmayıb. Lakin iki uşaq anası özünə qarşı olan tənqidləri sakit qarşıladığını deyib.