Azərbaycanın bir addımlığındakı hərbçi gözəllər FOTOLAR

04 Aprel, 2018 12:40 | Həyat Tərzi | Baxış sayı: 583
Rusiyalı qadın hərbçi
Rusiyalı qadın hərbçi

Müdafiə Nazirliyinin fotoları

Qadın hərbçilər hər bir ölkənin silahlı qüvvələrində gün keçdikcə daha çox yer almağa başlayıblar. İsrail, Türkiyə, ABŞ kimi iri ölkələrin ordularındakı qadın hərbçilər həm bacarıqları, həm də gözəllikləri ilə göz oxşayırlar. Ordusundakı qadın hərbçiləri ilə heyran edən daha bir ölkə Azərbaycanın şimal qonşusu Rusiyadır. 

Rusiya Müdafiə Nazirliyi açdığı "Facebook", "Instagram" və "Twitter" hesablarında vətəndaşlarla birbaaşa təmasdadır. Məhz bu səhifələrdə müntəzəm olaraq hərbçilərin fotoları, təlimləri paylaşılır. Ən çox diqqəti çəkən isə hərbi sahədə çalışan sarışın, mavi gözlü rus gözəllərdir. İstiPress böyük marağa və heyrətə səbəb olan rus ordusunun gözəllərini təqdim edir: 

Rusiya desant qüvvələrinin qurucusu hesab edilən General Vasiliy (Vasya) Margelovun şərəfinə adlandırılan "Vasya dayının bölüyü" 2014-cü ildəki Krım əməliyyatında önəmli rol oynayıb. Ryazan şəhərindəki  kəndində desant qüvvələrinin tədris mərkəzi yerləşir. Mərkəzdə tədris görənlər arasında qadınlar da var. Buradakı tələbələr bütün çətin təlimlərdən keçirlər.