Koronavirusdan qorunmağın ən əsas yolu

04 Mart, 2020 11:33 | Həyat Tərzi | Baxış sayı: 307
Əl yuma
Əl yuma

Ən azı 30 saniyə vaxt ayırın

Çinin Uhan şəhərindən dünyaya yayaıalan və 3 mindən artıq insanın ölümünə yol açan koronavirusdan qorunmağın ən təsirli üsulu əlləri yumaqdır. Bəs əl yumanın əsas şərti nədir?

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ən təhlükəli viruslar məhz əllərimizdə cəmlənir. Amma əlləri doğru şəkildə yumaqla xəstəlik riskini minimuma endirmək mümkündür. Bəs bunun doğru yolu nədir?

- İlk öncə əllərinizi isladın 
- İlıq suya üstünlük verin
- Sabunu ovcunuzda köpükləndirin
-Sonra əllərin üzərini yaxşı-yaxşı ovxalayın
-Barmaq uçları və dırnaqları təmizləyin
-Son mərhələdə barmaq aralarına keçin

Unutmayın ki, əlinizi suyun altına salıb-çıxarmaq yetərli deyil. Doğru əl yuma azı 30 saniyə davam etməlidir. Dəsmalınızı tez-tez dəyişdirin. Əlinizi sildiyiniz dəsmal mütləq təmiz olmalıdır. Çünki onun üzərində bakteriyalar daha uzun müddət yaşaya bilirlər. 

Əgər ictimai yerdə əllərinizi yumusanızsa fenin əvəzinə birdəfəlik salfetlərə üstünlük verin.