Süfrədən əksik etməyin - xərçəngin düşmənləri FOTO

04 Fevral, 2020 13:38 | Həyat Tərzi | Baxış sayı: 285
Xurma
Xurma

Bu məhsullar zədəli hüceyrələri bərpa edir, bədəni zəhərli maddələrdən təmizləyir

4 fevral - Dünya Xərçənglə Mübarizə Günüdür. Təəssüf ki, hələlik tam müalicəsi tapılmayan və əsrin bəlası hesab edilən bu xəstəlik hər il milyonlarla insanın ölümünə yol açır. Onların içində uşaq, qadın, gənclər, yaşlılar da var. Bu bəladan xilas olmaq üçün sağlam qida, fikizi fəallıq, stressiz həyat, təmiz ətraf mühit əsas şərtlərdən bidiridir. Bu gün qeyd edilənlərə riayət etmək bir o qədərdə asan deyil.

Lakin İstiPress insan DNT-sinə birbaşa təsir edərək onu gücləndirən, xərçəngdən müdafiə qalxanı yaratmağa kömək edən məhsullardan bəzilərini təqdim edir. 

Sumaq 

Sumaq bədəndə xərçəngə səbəb ola biləcək sərbəst radikalları təmizləyir. Hüceyrələrin təbii quruluşunu qoruyur. Onun əsas hədəfi isə deformasiyaya uğrayan hüceyrələrdir. Sumaqın tərkibindəki faydalı mikroelementlər belə hüceyrələri hədəf seçir, onları qısa zamanda bərpa edir. 

Sumaqdan həm ədviyyat kimi, həm də suyundan istifadə etməklə faydalanmaq olar. Bunun üçün 10 dəqiqə dəmlənmiş sumaq çayı da istifadə edə bilərsiz. Müntəzəm olaraq sumaqdan istifadə bağırsaqların təmiz qalmasına kömək edir. Nəticədə bədən zərərli maddələrdən təmizlənir. 

Sumaq
Sumaq

Pazı 

DNT-ni gücləndirən, xəstəliklərdən qoruyan və sürətlə sağaldan məhsullardan biri də pazıdır. Pazı ancaq güclü bir antioksidant deyil, o həm də detoks təsiri göstərən, genləri gücləndirən vasitədir. DNT-dəki pozğunluqları sürətlə aradan qaldırmağa kömək edir. Pazı A-B-K vitaminləri, kalsium, dəmir və maqneziumla zəngindir. 

Bu sayədə o hüceyrələri toksinlərdən təmizləyir, sərbəst radikalların DNT-yə ziyan vurmasının qarşısını alır. Bununlada xərçəng hüceyrələrinin həm yaranması, həm də yayaılmasının qarşısını alır. Pazını həm yemək kimi, həm də salatlarda, ya da sendviçlərdə istifadə etmək olar. 

Pazı
Pazı

Xurma 

Ən yaxşı vitamin, lif qaynağı olan məhsullardan biri də xurmadır. Gündə 2-3 ədəd yemək belə öz təsirini göstərməkdə gecikməyəcək. Aparılan elmi araşdırmalar da göstərib ki, xurma hüceyrələri yeniləyir, DNT-ni gücləndirir.

Tərə 

Azərbaycanda bu məhsul daha çox vəzəri adı ilə tanınır. Hüceyrələri bərpaedici funksiyaya sahibdir. A, C və E vitaminləri, linolik yağ turşuları, dəmir, fol, kalsiumla zəngin olan tərə hüceyrələrin yaşlanmasının da qarşısını alır. 

Müntəzəm olaraq tərədən istifadə xərçəng riskini də azaldır. Güclü antioksidant maddələr sayəsində kanserogen maddələrin təsirini azaldır.

Xurma
Xurma