Türkiyədə gənc azərbaycanlı hamamda ölü tapıldı - VİDEO

04 Fevral, 2019 18:58 | Həyat Tərzi | Baxış sayı: 161

Cəsəd otaq yoldaşının anası tərəfindən aşkarlanıb

Türkiyənin Antalya şəhərində 34 yaşlı azərbaycanlı evinin hamam otağında ölü olaraq tapılıb.

İstiPress "Haberler"ə istinadən xəbər verir ki, Saleh Abdullayevin cəsədi otaq yoldaşının anası tərəfindən aşkarlanıb. 

Abdullayevin vannanın içərisində hərəkətsiz halda uzandığını görən qadın dərhal polisə zəng edib. 

Turizm sektorunda çalışan Saleh Abdullayevin sonuncu dəfə səhər saatlarında itini gəzdirmək üçün çölə çıxdığı məlum olub. 

Gəncin ölüm səbəbini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.