Xərçəngin müalicəsində inqilab - xəstəlik nəfəsdən tapılacaq

04 Yanvar, 2019 11:43 | Həyat Tərzi | Baxış sayı: 151
Maska
Maska

İngiltərəli alimlər biopsiyada görünməyən şişləri belə tapan cihaz ixtira ediblər

Elm adamları əsrin bəlası hesab edilən, hər il on minlərlə insanın ölümünə yol açan xərçəng xəstəliyinin müəyyən edilməsi üçün cihaz ixtira ediblər. Bu avadanlıq nəfəsdən xəstə olub-olmadığınızı müəyyən edə biləcək. İlkin müayinələrəd belə çətinliklə müəyyən edilən ən kiçik şişləri belə görəcək cihaz sayəsində hər il on minlərlə insan ölümdən xilas ola biləcək. 

Klassik biopsiyanın sonu olacaq ixtiranın müəllifi ingilis elm adamlarıdır. Xərçəng şübhəsi ilə həkimə gələnlər ağıza taxılan maskada 10 dəqiqə nəfəs almaqla hansı risk qrupunda olduqlarını biləcəklər. 

Artıq cihaz Kembric Addenbrookes xəstəxanasında 1500 potensial xərçəng xəstəsi üzərində test edilməyə başlanılıb. İngiltərə Səhiyyə Nazirliyi xərçəng xəstələri üçün çəkilən xərclərə 245 milyon sterlinq qənaət edəcəyini düşünür. 

Nəfəs biopsiyası öncəliklə yemək borusu, mədə, sonra isə prostat, böyrək, qaraciyər, mədəaltı vəz xərçənglərində sınaqdan keçiriləcək.