İdman ayaqqabısını tanınmaz hala saldılar - göz qamaşdırır

04 Yanvar, 2018 14:05 | Həyat Tərzi | Baxış sayı: 127
Svarovski ilə bəzədilən ayaqqabı
Svarovski ilə bəzədilən ayaqqabı

Adi ağ ayaqqabı 7 min dollara satılacaq

İdman ayaqqabılarını bahalı daşlarla bəzədilər. İstiPress-in məlumatına görə, "Air Jordan" ayaqqabılarının bəzədilməsi üçün 15 min qızılı Svarovski daşından istifadə olunub. Heykəltəraş və dizayner Daniel Jakob klassik basketbol ayaqqabısı hesab edilən "Air Jordan 1 Pinnacle"i tanınmaz hala salıb. 

Dizaynerin sözlərinə görə, bir cüt ayaqqabının bəzədilməsi üçün ona 3 həftə vaxt lazım olub. İndi parıldayan bu ayaqqabılar satışa çıxarılacaq. Svarovskili idman ayqqabısını almaq istəyənlər isə 7 min dollara yaxın pul ödəməlidirlər. 

Qeyd edək ki, qaşlarla bəzədilən başqa bir ayaqqabı ötən ilin ən çox diqqət çəkən aksesuarlarından olub. Söhbət "Saint Laurent"in istehsalı olan uzunboğaz çəkmədən gedir. Ayaqqabı başdan ayağa kimi minlərlə kristalın köməyi ilə bəzədilmişdi. Onun qiyməti isə 10 min dollar olub. 

Buna bənzər ayaqqabını azərbaycanlı müğənni Nigar Camal da Türkiyədə keçirilən "Altın kelebek"  mükafatlandırma mərasimində geyinib.