Skandinavlardan yeni kəşf - VİDEO

04 Yanvar, 2017 15:08 | Həyat Tərzi | Baxış sayı: 44
Şəffaf səsgücləndirirci
Şəffaf səsgücləndirirci

Skandinaviya şirkəti şəffaf səsgücləndirici düzəltdi

Skandinaviyanın People People şirkəti şəffaf Small Transparent səsgücləndiricisini təqdim edib.

İstiPress "Kickstarter.com" saytına istinadən xəbər verir ki, bu "ağıllı" alətin korpusu alüminium çərçivədən və möhkəmləndirilmiş şüşədən ibarətdir. Small Transparent Speaker-in daha bir üstünlüyü qoşulmanın sadəliyindədir. Alət Airplay, Google Cast, WiFi, Bluetooth-u dəstəkləyir. Burada standart Aux naqillərinin altından 3,5 mm-lik taxma yeri var. Bundan əlavə, qacet sınma zamanı xüsusi tətbiqetmənin köməyilə özü diaqnostika apararaq, nəyin çalışmadığını müəyyən edə bilir. Səsgücləndiricinin qiyməti 250 dollardır. 

Şəffaf səsgücləndirici