Messi restoran açdı

04 Yanvar, 2017 15:57 | Həyat Tərzi | Baxış sayı: 46
Messi restoran açdı
Messi restoran açdı

Restoran böyük bir kompleksin bir hissəsidir

Dünyanın ən yaxşı futbolçularından biri olan Lionel Messi Barselonada "Bellavista del garden del norte" adlı restoran açıb.

Restoran özünə bağ, kilsə, bərbərxana və mağazaları daxil edən böyük kompleksin bir hissəsidir. Buranın dizaynı İspaniyanın kiçik kəndlərinin tərzində yerinə yetirilib, ancaq interyerdə futbol elementləri də unudulmayıb. Layihənin müəllifi EQUIPO Creativo ispan studiyasıdır. Restoranı Lionel öz böyük qardaşı Rodriqo ilə idarə edəcək. Burada müxtəlif kulinariya ənənələrindən olan yeməklər təqdim edilir, qiymətlər isə kifayət qədər demokratikdir. Məsələn, burqeri 6,5 avroya, fri kartofu 3,25 avroya, pivə 0,33 litrə 2,8 avroya, ən ucuz şərab şüşəsi isə 15 avroyadır. Restoranda yeməkdən əlavə, stolüstü futbol oynamaq, matçlara böyük ekranlarda baxmaq olar.