Nazirlikdən çağırış - toylarda "görməmişliyə" son verin!

03 Dekabr, 2018 14:59 | Həyat Tərzi | Baxış sayı: 186
Toy
Toy

Çin bahalı toylarla bağlı islahatlar etmək istəyir

Toylardakı bahalı hədiyyələr, israfçılıq, külli miqdrada pul bağışlamaq kimi "görməmiş adətlər"ə son qoyun. İstiPress-in məlumatına görə, bu çağırış Çin rəsmiləri tərəfindən edilib. 

Ölkənin Mülki İşlər Nazirliyi toy islahatları ilə bağlı tədbir keçirib. Nazirlik toyların ölkənin dəyərlərini və hədəflərini daha yaxşı əks etdirməli olduğunu deyib. 

Nazirlik rəsmiləri get-gedə toy xərclərinin daha da artdığını deyib və toylarla bağlı geniş islahatlara ehtiyac olduğunu vurğulayıb. Bildirilib ki, müasir toylar israfçılıq və pula azğıcasına sitayişi əks etdirir. Bu isə sosialist dəyərlərə ziddir. 

Tək uşaq siyasəti nəticəsində ölkədə kişilərin sayı qadınlardan milyonlarla artıqdır. Məhz bunun üçün də Çin ailələri adətən gəlin üçün həddindən artıq pul tələb edirlər. Bəzi ailələr isə pulla yanaşı, zinət əşyaları, ev, maşın və daha çox tələblər irəli sürürlər.