Nabrana qış axını

03 Dekabr, 2018 17:52 | Həyat Tərzi | Baxış sayı: 263
Nabran qışda
Nabran qışda

Rusiya, Ukrayna, Belarus, Almaniya və İsraildən olan əcnəbi turistlər dincəlmək üçün Xaçmazı seçiblər

Qarşıdakı yeni il tətili günlərində Nabranı ilə məşhur olan Xaçmaza turistlərin daha çox axını gözlənilir.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu məlumatla Xaçmaz turizm-informasiya mərkəzinin direktoru Vasif Əhmədov çıxış edib.

Onun sözlərinə görə, yerli vətəndaşlarla yanaşı qonşu Rusiya, Ukrayna, Belarus, Almaniya və İsraildən olan əcnəbi turistlər də Azərbaycanda dincəlmək üçün məhz Xaçmazı seçiblər. Hələlik konkret rəqəm açıqlanmasa da xeyli sayda xarici turistin qış tətilində Nabrana gəlişi gözlənilir.A

"Artıq rayon turizm-informasiya mərkəzinə bu barədə müraciət edilib" deyən Vasif Əhmədov rayondakı 60 istirahət mərkəzindən 50-sinin  Nabranda yerləşdiyini diqqətə çatdırıb.

Onun məlumatına görə, qış mövsümündə Xəzər sahillərini, meşə ərazisini seçən o insanlardır ki, ruslar demiş "barxatnıy sezon", yəni məxməri mövsüm sakitliyi axtarırlar. Sifariş edilən yerlərə gələcək turistlərin 70 faizi məhz şəhərin qaynar, gur həyatından bir neçə günlük ayrılıb dinclik, sakitlik axtaran vətəndaşlardır.

Vasif Əhmədov bildirib ki, Nabrandakı 8 otel yeni illə bağlı şənliklərə hazırlaşır. İstirahət mərkəzlərində qış istirahətinin qiyməti 1 nəfər üçün 40,2 nəfər üçün 80 manatdan başlayacaq. Tətilədək qiymətlərin daha da tənzimlənməsi gözlənilir.

Xaçmaz turizm-informasiya mərkəzinin direktoru yeni il tətili günlərində ov turizminə xüsusi diqqət göstərildiyini də vurğulayıb. Qeyd edib ki, turizm şirkətləri quş ovu məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xüsusi razılıq-lisenziya almaq üçün müraciət edib. 12 nəfər ovçu turist məhz Xəzər sahillərində qaşqaldaq, ördək ovlamaq üçün turizm şirkətlərinə müraciət edib. Bu da Nabranda qış mövsümündə ov turizminin inkişafı üçün şərait yaradır.