Qar turistləri Xınalığa getməyə qoymadı

03 Noyabr, 2019 12:57 | Həyat Tərzi | Baxış sayı: 134
Xınalıq yolunda qar
Xınalıq yolunda qar

6 əcnəbi turist, 1 bələdçi və 1 sürücü yolda qalıb

Qubada Xınalığa gələn xarici turistlər  güclü qar yağması səbəbindən yolda qalıblar.

İstiPress-in şimal bürosuna Quba İH başçısının 1-ci müavini, rayon FHK sədri Allahverdi Xudaverdiyev məlumat verib ki, Hundai markalı mikroavtobusla Xınalığa gedən 6 əcnəbi turist, 1  bələdçi və 1 sürücü Xınalığa qalxa bilməyiblər.

Buna səbəb mikroavtobusun təkərləri yay rejimində olub və qar səbəbindən sürüşüb. Yolda qalan 3 İspaniya,2 Rusiya və 1 BƏƏ vətəndaşı rayonun Cek kəndindən və Çayqovuşan adlanan ərazidən rayondan göndərilən 2 Niva markalı avtomaşınla rayon mərkəzinə gətirilib.

xinaluq 2
xinaluq 2