"Quran"ın yeganə qadın tərcüməçisi öldü

03 Sentyabr, 2019 09:08 | Həyat Tərzi | Baxış sayı: 154
Valeriya Poroxova
Valeriya Poroxova

Poroxova müqəddəs kitabı rus dilinə tərcümə edib

"Qurani-Kərim"in rus dilinə yeganə qadın tərcüməçisi vəfat edib. Rusiyalı tərcüməçi və ictimai xadim Valeriya Poroxova 79 yaşında dünyasını dəyişib. Məlumata görə, Poroxova plevritdən əziyyət çəkib.

Onun tərcüməsi orjinala ən yaxın tərcümə hesab edilirdi.  

Xatırladaq ki, müqəddəs kitabın yeganə qadın tərcüməçisi 1985-ci ildə ərindən sonra Dəməşqə köçüb. Burada o İslamı qəbul edib. Quranın tərcüməsi işini 1991-ci ildə yekunlaşdırmışdı. 

2002-ci ildə ictimai xadim Rusiyaya geri qayıtmışdı.