Hamının zibilə atdığı su - xərçəngdən qoruyur

03 Sentyabr, 2018 15:14 | Həyat Tərzi | Baxış sayı: 438
Qatıq
Qatıq

Onun tərkibi antikanserogen maddələrlə zəngindir

Ağartı məhsulları - xüsusi ilə qatığın orqanizm üçün faydasını bilməyən yoxdur. Bəs onun suyunun necə? Hamımızın zibil atdığı bu su sən demə əsrin ən dəhşətli xəstəliyi hesab edilən xərçəngin belə əsas düşmənlərindən biridir.

Antikanserogen bu su xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Tərkibi kalsium və kaliumla zəngindir. Bunlar isə sümük sağlamlığı üçün əvəzsizdir. Xüsusi ilə uşaqlara və yaşı 40-ı keçənlərə qatığın suyunu içmək tövsiyyə edilir. Bu su bədəndəki zərərli toksiki maddələri atmağa da kömək edir.

Qəbzliyi aradan qaldırır, həzmi asanlaşdırır, böyrək daşlarını salır. Bədənə enerji, gümrahlıq verir. 

İdmandan sonra yaranan əzələ yorğunluğunu aradan qaldırır, uşaqların boyunun uzanmasına kömək edir.

Tərkibi kalsiumla zəngin olduğu üçün sınıq, çıxıq kimi problemlərində daha tez sağalmasına yol açır.