Qusarın "Tac Mahal"ı açıldı FOTOLAR

03 Avqust, 2019 12:17 | Həyat Tərzi | Baxış sayı: 342
Qusardakı məscid
Qusardakı məscid

107 yaşlı məscid təmirdən sonra istifadəyə verilib

Qusarın ən iri yaşayış məntəqələrindən olan Hil kəndindəki tarixi məscid əsaslı təmir və bərpadan sonra istifadəyə verilib. İstiPress-in Şimal bürosunun məlumatına görə, xarici görünüşülə Hindistandakı məşhur "Tac Mahal"ı xatırladan ikimərtəbəli abidə 1912-ci ildə inşa olunub.

Təmir-bərpa işləri zamanı binanın çöl divarları suvanıb, dam örtüyü, qapı və pəncərələri yenilənib.Yenilənmə işləri görülərkən tarixi məscidin əvvəlki görünüşü olduğu kimi saxlanılıb.

Tarixi Hil məscidi əslən bu kənddən olan, hazırda Ukraynada yaşayan iş adamı Kərim Əliçoban oğlu Ilyasovun maddi dəstəyilə iki ay müddətinə  bərpa edilib.