İt yalayan qadının əl-ayağını kəsdilər

03 Avqust, 2019 10:31 | Həyat Tərzi | Baxış sayı: 284
İtlər
İtlər

Heyvanın ağız suyundan qadına infeksiya düşüb

ABŞ-da itin yalaması faciəyə səbəb olub. Ohayo ştatında yaşayan qadın aşağı və yuxarı ətraflarını itirib. Meri Treyner əri ilə səyahətdən qayıdandan sonra özünü pis hiss edib. O qrip olduğunu zənn edib.

Ürəkbulanma, bədənindəki ağrılardan, yüksək hərarətdən əziyyət çəkən qadın həkimə müraciət etməli olub. Nəticədə onun qorxulu infeksiyaya yoluxduğu bəlli olub. Həkimlər bakteriyanın qadının orqanizminə itinin yalaması ilə keçdiyini müəyyən ediblər. 

Həkimlər qanqrenası başlayan əl və ayaqları amputasiya etməyə məcbur olublar. 

İlkin ehtimala görə, it qadının əl və ya ayağında olan açıq yaranı yalayıb. İnfeksiya da məhz buradan yayılmağa başlayıb.