Meyit morqda dirildi

03 İyul, 2018 12:13 | Həyat Tərzi | Baxış sayı: 418
Morq
Morq

Onu yarmağa hazırlaşan həkimlər nəfəs aldığını görüblər

Qəzadan sonra ölən və morqa yerləşdirilən meyit bir necə saat sonra dirilib. İstiPress-in məlumatına görə, insident Cənubi Afrikada Yohannesburqda baş verib.

Şəhər yaxınlığında baş verən qəza nəticəsində 3 nəfər ölüb. Onlarda biri də ciddi kəllə beyin travması alan qadın olub. Həkimlərin ölüm rəyi verdiyi qadının meyiti yaxınları gələnə kimi soyuducu dolaba yerləşdirilib. 

Bir necə saat sonra ölüm haqqında məlumatları qeyd edən morq işçiləri qadının nəfəs aldığını görüblər. "Ölümü biz yox həkimlər diaqnostika ediblər. Birdən biz onu ölü kimi qəbul edib, canlı-canlı yarsaydıq nə olardı?", deyə morq işçiləri də heyrətlərini gizlədə bilməyiblər.

Həkimlər isə bunun təcili yardım briqadasının başına gələ biləcək ən pis hal olduğunu deyiblər. 

Əslində qadının aldığı travmaları, təcili yardımın gəlməyinə qədər keçən vaxtı, buz kimi morqda saxlandığı saatları nəzərə aldıqda onun yaşaması əsl möcüzə hesab edilir.

Qadın dərhal xəstəxanaya qaytarılıb.