Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzatdı

03 İyun, 2020 14:42 | Həyat Tərzi | Baxış sayı: 216
Bosfor boğazı - İstanbul
Bosfor boğazı - İstanbul

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb.

İstiPress-in məlumatına görə, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.

Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər.