Xaçmaz və Lerikdə iftar verildi

03 İyun, 2019 08:44 | Həyat Tərzi | Baxış sayı: 23
İftar
İftar

İftarda Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib

Müqəddəs Ramazan ayı münasibətilə Heydər Əliyev Fondu tərəfindən növbəti iftar süfrəsi Xaçmaz şəhərində təşkil olunub. Din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdikləri iftar mərasimlərində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.

Mərasimdə xalqın və dövlətin firavanlığı, əmin-amanlığı üçün diləklər edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub.

Mənəvi Dəyərlərin Təbliği Fondu isə Lerikdə şəhid ailələri üçün iftar süfrəsi açıb.