Bu il fitrə zəkatı nə qədər olmalıdır?

03 İyun, 2019 11:01 | Həyat Tərzi | Baxış sayı: 695
Ramazan
Ramazan

Fitrə bayram namazına kimi ehtiyacı olanlara verilməlidir

On bir ayın sultanı hesab edilən Ramazan ayının bitməsinə sayılı günlər qalıb. Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.

Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Fitrə zəkatını bayram namazına qədər çıxarılması vacibdir. Fitrə zəkatı ehtiyacı olanlara verilməlidir. 

Xatırladaq ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən bu il iyunun 5-nə təsadüf edir. Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.