Bişmiş balıq boşqabdan qaçdı VİDEO

03 May, 2018 09:47 | Həyat Tərzi | Baxış sayı: 321
Balıq
Balıq

Yeməyə gələn müştərilər ac qaldılar

Çün də restoranlardan birinin müştərisinin yeməyi qabağından qaçmağa çalışıb. İstiPress-in məlumatına görə, dəniz məhsullarından olduqca geniş istifadə edilən ölkədə balıq  müştərini qorxuya salıb.

İnternetdə yayılan videoda görünür ki, müştəri balıq sifariş verib. Qısa müddətdə aşbazlar onu bişirərək təqdim ediblər. Lakin yeməyə başlayan zaman hamını təəccübləndirən hadisə baş verib.

Boşqabda təqdim edilən başıq əvvəlcə quyruğunu tərpədib, sonra isə oradan tullanıb. Qonaqlar dərhal "möcüzəli yeməyi" kameraya çəkməyə başlayıblar. Bundan sonra müştərilər iştahlarını itirdikləri üçün restoranı ac tərk ediblər.

Kulinarların sözlərinə görə, balıqların olduqca sürətli bişirilmə zamanı hüceyrələrinin hamısı ölmür və onlar ətrafdan olanlara qəfil reaksiya verə bilirlər.