Qadın Quranı 45 milyona satmadı, əvəzində... (FOTO)

03 Aprel, 2017 09:31 | Həyat Tərzi | Baxış sayı: 285
Qədim Quran
Qədim Quran

Kitab XVI əsrdən qalıb

Rusiyada qadın nadir Qurani- Kərimi rekord qiymətə satmaqdan imtina etdi. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, nadir Quran üçün ona 45 milyon rubl (təqribən 800 min dollar) təklif edilib. 

Moskvada yaşayan Anaşka Hacımuradovaya bu kitab öz babasından qalıb. Müqəddəs kitab XVI əsrə məxsusdur. Babasının ölümündən sonra qadın onun əşyaları arasından bu kitabı aşkar edib. 

"Biz iki dəfə ekspertiza keçirmişik. Onların hər ikisi kitabın XVI əsrin əvəllərinə aid olduğunu təsdiqləyib. Orada hətta Quranın nə zaman kimə verildiyi də qeyd edilib. Londonda bu kitaba görə mənə 12 milyon rubl  (213 min dollar) təklif ediblər. Sonra qiymət 45 milyon rubla  kimi yüksəlib". 

Lakin qadın kitabı satmaqdan imtina edib və onu məscidə bağışlayıb. "Xoşbəxtlik pulda deyil. Mən istənilən zaman məscidə gedə bilər və ona baxa bilərəm. Daha sonra onu uşaqlarıma və yaxınlarıma da göstərə bilərəm. Çünki məsciddə o uzun illər saxlanılacaq. Quran qədim əlyazısıdır və Suriyada yazılıb". 

Anaşka Hacımuradova
Anaşka Hacımuradova