14 günə 10 kq arıqlamağın yolu (FOTO)

03 Aprel, 2017 16:05 | Həyat Tərzi | Baxış sayı: 230
Yumurta
Yumurta

Artıq yayın gəlişinə qısa müddət qalıb. Bu iki ay uzun qış və payız günlərində aldığımız çəkini atmaq üçün fürsətdir. Bunun üçün isə həm pəhriz, həm də idman etmək vacibdir. İstiPress oxucularına 14 gündə 10 kq arıqlamağın asan yolunu təqdim edir. 

Qaynanmış yumurta pəhrizi qısa zamanda sürətlə arıqlamaq üçün ideal vasitədir. Ancaq unutmayın ki, yumurta allergik reaksiyaya səbəb ola bilər və qidalanma mütəxəssisi ilə məsləhət etmək tövsiyyə olunur. 

Bu pəhrizi saxlayanlar gündə 10- 8 stəkan su içməlidirlər. Pəhriz və su bədəni toksik maddələrdən təmizləyəcək. 

Bazar ertəsi 

Səhər  -  2 ədəd soyutma, 1 naringi 
Nahar - 2 qaynanmış kartof, 2 alma 
Şam -  meyvə salatı, bir hissə toyuğun döş əti 

Çərşənbə axşamı 

2 yumurta, 1 naringi 
Tərəvəz salatı, qaynanmış və ya sobada bişən toyuq
Tərəvəz salatı, 2 qaynanmış yumurta 

Çərşənbə

2 yumurta, 1 naringi
Bir dilim az yağlı pendir, 1 ədəd pomidor, 1 soyutma kartof, 1 dilim kəpəkli çörək 
Salat və toyuq 

Cümə axşamı 

1 soyutma yumurta, 1 naringi 
Sadəcə meyvə 
Toyuq və buxarda bişmiş tərəvəz 

Cümə 

2 yumurta, 1 naringi 
Salat və toyuq
Buxarda bişmiş tərəvəz, az yağlı pendir və 2 yumurta

Şənbə 

2 yumurta, 1 naringi 
Balıq salatı
Sadəcə meyvə 

Bazar 

2 yumurta, 1 naringi
Sobada toyuq, bir neçə dilin kartof
Salat və 2 yumurta.