Buynuzlu uşaq doğuldu

03 Mart, 2018 11:20 | Həyat Tərzi | Baxış sayı: 328
Filiipində doğulan uşaq
Filiipində doğulan uşaq

Doğuşa girən həkimlər şoka düşdülər

Fillipində buynuzlu uşaq doğuldu. İstiPress-in məlumatına görə, körpə kəllə sümüyünün anadanagəlmə qüsur ilə (entsefalotsele) dünyaya gəlib. Buna görə də onun başının ortasından buynuza oxşayan çıxıntı meydana çıxıb. 

Həkimlər 9 ay hamiləlik boyu anomaliyanı müşahidə edə bilməyiblər. Bunun üçün də doğuş zamanı anadan olan körpə həkimlərlə yanaşı, valideynlərini də heyerətə salıb və gözlənilməz olub. 

Məlumata görə, şiş beynə təzyiq göstərmir və xoşxassəlidir. Onu asanlıqla kəsmək mümkün olacaq. Bundan sonra uşağın normal həyatına davam edəcəyi gözlənilir.

Entsefalotsele - kəllə beyin yırtığıdır. Beş mində bir yenidoğulan uşaqda müşahidə edilə bilər. Qüsurlar kəllə sümüyünün müxtəlif yerlərində və fərqli ölçülərdə olur.