Şimala qış axını

03 Yanvar, 2019 16:17 | Həyat Tərzi | Baxış sayı: 197
Şahdağ istirahət mərkəzi
Şahdağ istirahət mərkəzi

İnsanlar həm xizək, kanat xidmətindən istifadə ediblər, həm də otellərdə qalıblar

Yeni il tətili günlırində Qusar ərazisindəki Şahdağ turizm mərkəzinə 10 min nəfər turist gəlib.

İstiPress-in şimal bürosuna məlumatı Şahdağ turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov  verib.

Onun sözlərinə görə, gələn insanlar həm xizək, kanat xidmətindən istifadə ediblər, həm də otellərdə qalıblar. Turistlərin əksəriyyəti yerli insanlar olub. Xarici ölkələrdən gələn turistlər arasında Rusiya və Birləşmiş Ərəb Əmirliyindən gələn turistlər çoxluq təşkil edib.