Dünya şokoladsız qala bilər

03 Yanvar, 2018 12:45 | Həyat Tərzi | Baxış sayı: 197
Şokolad
Şokolad

Əgər tədbir görülməsə dünya şokolad kimi şirniyyatdan məhrum ola bilər. İstiPress-in məlumatına görə, Kaliforniya Universitetinin alimləri dünyanı bu "bəladan" xilas etmək üçün işə başlayıblar. Onlar apardıqları bir araşdırmanın nəticələrini dərc ediblər. Onların araşdırması kakao bitkisinin DNT-sinin "redaktə" üsulu ilə bağlı olub. 

Elm adamları gələcəkdə kakaonu iqlim dəyişikliklərinə daha dözümlü etməyin yollarını axtarıblar. Hazırda onlar məhsuldarlığı artırmağın və bitkini daha dözümlü etməyin yollarını tapmaq üzərində iş aparırlar. 

Pronozlara görə, 205-ci ildə qlobal iqlim dəyişikliyi  ən çox kakao istehsalçısı olan Qərbi Afrikada məhsulun azalmasına yol açacaq. Dəyişiklik Kot-dİuvar və Qana kimi ölkələrdəki bütün plantasiyaları məhv edə bilər.