Twitter yenilik edəcək

03 Yanvar, 2017 12:00 | Həyat Tərzi | Baxış sayı: 33
Twitter
Twitter

Dünyanın ən böyük mikro bloq saytlarından olan twitter üçün yenilik gəlir

Twitter sistemində postlarla bağlı mənfi bir hal mövcuddur. Belə ki, əgər atılan postlar xətalı yazılıbsa, düzəltmək olmur. Buna görə də istifadəçi səhvə yol veribsə, onu silib yenidən yazmalıdır.

Twitter bir çox sosial media vasitələri ilə müqayisədə bu baxımdan geridə qalıb. Məsələn, Facebook və Instagram kimi sosial media vasitələri bu mövzuda daha sərfəli hesab olunur. Bu problem istifadəçiləri artıq uzun müddətdir narahat etməkdədir.

Twitter
Twitter

Bu problem barədə açıqlama verən Twitter CEO-su Jack Dorsey  mövzunun o qədər də asan həll olmadığını bildirib. Jack bu problemin zamanla həll olunacağını bildirib. Həmçinin Twitter CEO-su bu yeniliyin ilk əvvəl müəyyən istifadəçilər arasında sınaqdan keçiriləcəyini bildirib. Yenilik sınaqdan keçdikdən sonra ümumi istifadəyə veriləcək.

Jack Dorsey
Jack Dorsey

Twitter-də digər bir problemli tərəf isə onun digər sosial media vasitələri ilə inteqrasiya oluna bilməməsidir. Bu problemin də həll olunması sosial media şəbəkəsinin inkişafına stimul verə bilər.